Gürcüstanda keçi südü ilə inşa edilmiş körpü
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları Bolnisi rayonunun Çapala kəndində tarixi əsrlər öncəyə dayanan bir körpü var ki, bu gün də onminlərlə əhaliyə xidmət göstərir.
Kənd sakinlərinin sözlərinə görə, Qoçulu körpüsünün inşasında keçi südü və yumurtadan istifadə olunub.
Uzun illər öncə inşa edilsə də, sözügedən körpü üzərindən yük maşınları, hətta tank da tam rahatlıqla keçə bilir.
Bu gün 20 mindən çox sakinə xidmət göstərən bu tarixi körpünün uzunluğu 75, hündürlüyü 25 metrdir. Eni isə o dövrün tələblərinə uyğun olaraq təxminən 3,5 metr olaraq inşa edilib.
Qeyd edək ki, Bolnisi rayonunun 10-a yaxın kəndini rayon mərkəzi ilə birləşdirən yeganə yol məhz Qoçulu körpüsüdür ki, hər gün yüzlərlə minik və yük avtomobili bu körpü üzərindən hərəkət edir.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
