Pleyeri seçin:

Gürcüstanda kütləvi etirazlar başlayacaq? | Etiraza səbəb nədir?

04 aprel 2024 270 baxış

Qonşu Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasının "Xarici agentlər" haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsi gərginliyə səbəb olub.

Belə ki, Gürcüstanın müxalif "Vətəndaşlar" partiyasından olan deputat Aleko Elisaşvili "Rusiya qanunu" kimi xarakterizə etdikləri sənədin təkrar parlamentə göndərilməsinin ölkə vətəndaşlarına qarşı təhqir olduğunu deyib. A.Elisaşvilinin bəyanatını hakim partiyadan olan deputatlar etirazla qarşılayıblar, bu isə daha sonra qarşıdurmaya çevrilib.

Məsələyə münasibət bildirən gürcüstanlı siyasi şərhçi Simon Kopadze Baku TV-yə açıqlamasında bildirib ki, yaxın vaxtlarda Gürcüstanda kütləvi etirazlar başlayacaq:

“Parlamentimizdə vəziyyətin ağır olduğuna bir daha şahid olduq. Bu qanun layihəsi ötən il parlamentə təqdim ediləndə baş verənlər hər kəsə məlumdur. O hadisələrdən sonra bu il yenidən eyni addımı atsalar da, nəticə dəyişməyəcək.

Avropa İttifaqına namizəd statusu aldıq, Avropa çempionatına vəsiqə qazandıq, bu o demək deyil ki, gürcü xalqı etirazını bildirməyəcək. Düşünürəm ki, yaxın vaxtlarda Gürcüstanda, Tbilisidə kütləvi etiraz aksiyalarının keçirilməsinə başlanılacaq”.

Məlumat üçün bildirək ki, layihə aprelin 8-də parlamentin büro iclasına təqdim ediləcək, daha sonra isə müzakirəyə çıxarılacaq. Qanun layihəsi illik büdcəsinin 20%-dən çoxu xarici donorlar hesabına formalaşan qeyri-kommersiya təşkilatlarının, həmçinin media orqanlarının “xarici qüvvələrin maraqlarını təbliğ edən təşkilat” kimi reyestrdən keçməsini, həmçinin hər il maliyyə bəyanatı təqdim etməsini tələb edir. Qaydalara riayət etməyən təşkilatların 25 min lari, təxminən 16 min manatadək cərimələnməsi nəzərdə tutulur.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 270 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 270 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 270 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 270 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 270 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 270 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 270 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 270 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 270 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 270 baxış
Seçilmişlər
icon