Gürcüstanda nələr baş verir? | Prezidentdən gözlənilməz addım
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Prezidenti Salome Zurabişvili ötən ilin martında Tbilisidə parlament binası qarşısında "Xarici agentlər haqqında" qanun layihəsi əleyhinə keçirilən etiraz aksiyaları zamanı saxlanılan 23 yaşlı Lazare Qriqoriadisi əfv edib.
Bu barədə məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Bu qərar sakinlər tərəfindən xoş qarşılansa da, "Gürcü Arzusu" partiyası əfvin əleyhinə olub. “Belə adamları bağışlamaq olmaz” deyə partiya nümayəndələri bildiriblər.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi aprelin 12-də etirazçıya polis əməkdaşının sağlamlığına zərər vurma və dövlət əmlakını zədələmə ittihamları ilə 9 il həbs cəzası verib. O, 2023-cü ilin 7-9 mart tarixlərində baş verən etirazlar zamanı polisə “Molotov kokteyli” atmaqda, həmçinin polis maşınına od vurmaqda ittiham edilib.
Xatırladaq ki, Lazare Qriqoriadis mart hadisələri ilə əlaqədar saxlanıldıqdan sonra həbs edilmiş yeganə etirazçı olub.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
