Pleyeri seçin:
Gürcüstanda polislə aksiyaçılar arasında qarşıdurma yaşanıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qızının Gürcüstanın Kaxeti bölgəsindəki “Kvareli Leyk” hotelində olması xəbəri qonşu ölkədə etirazlarla qarşılanıb.
Belə ki, aralarında müxalifət liderlərinin də olduğu etirazçılar hotelin yaxınlığına toplanaraq aksiya keçiriblər. Əraziyə çox sayda polis və xüsusi təyinatlılar cəlb edilib.
Gürcüstan mətbuatında yayılmış məlumatlara görə, sözügedən hotel tam mühafizə edilib və orada Sergey Lavrovun kürəkəni Aleksandr Vinokurovun qardaşının toy mərasimi üçün hazırlıqlar görülür. Nazir qızının da həmin hoteldə qaldığı bildirilib.
Hotelin yaydığı məlumatda isə qonaqlar arasında Lavrova soyadlı heç kimin olmadığı qeyd edilib.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
