Pleyeri seçin:
Gürcüstanda prezident seçkilərinin keçiriləcəyi vaxt bəlli oldu | Parlament sədrindən açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda cari ilin dekabrın 14-də prezident seçkiləri keçiriləcək.
Bu barədə ölkə parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.
O, yeni prezidentin andiçmə mərasiminin dekabrın 29-da baş tutacağını vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın hazırkı ölkə başçısı Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi yolu ilə 6 illik müddətə seçilib. Onun səlahiyyət müddəti 2024-cü ilin payızında başa çatır. Gürcüstan Konstitusiyasına edilən düzəlişlərə əsasən, yeni prezident oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra ümumxalq səsverməsi ilə deyil, parlamentdə seçki kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
