Gürcüstanda siyasi böhran: Zurabişvili konstitusiyanı pozub?
Yeniliklərdən dərhal xəbərdar olun
Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası Prezident Salome Zurabişvilinin impiçment proseduruna başlandığını elan edib.
Bu barədə partiyanın rəhbəri İrakli Kobaxidze bildirib. Buna Prezidentin Gürcüstan Konstitusiyasını kobud şəkildə pozması səbəb olub.
“İmpiçment 100 parlamentarinin dəstəyini tələb edir və buna görə də radikal müxalifətin səsi olmadan onun həyata keçirilməsi perspektivi yoxdur. Lakin buna baxmayaraq, partiyanın Siyasi Şurasının iclasında biz Gürcüstan Prezidentinə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik”, – deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Zurabişvili avqustun 31-də Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsini dəstəkləyən Avropa liderləri ilə görüşlər keçirib.
Hakim partiya daha əvvəl bildirib ki, bu, konstitusiya pozuntusudur və Gürcüstan Prezidentinin impiçmenti üçün iki əsasdan biridir.
2023-cü ilin payızında Gürcüstan prezidenti İsveçrə, Polşa, Belçika, Bolqarıstan, Danimarka, dekabrda isə Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səfər etməyi planlaşdırırdı. Hökumət buna qəti etirazını bildirmişdi. Bu ilin avqustun 31-də isə Zurabişvili almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
