Gürcüstanda siyasi vəziyyət gərginləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Qonşu Gürcüstanda siyasi vəziyyət gərginləşməkdə davam edir.
Ölkə Prezidenti Salome Zurabişvilinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı yaxın günlərdə konstitusiya məhkəməsi qərarını açıqlayacaq.
Məsələ ilə bağlı Baku TV-yə müsahibə verən gürcü politoloq və ekspertlər Gürcüstan hakimiyyəti ilə prezidenti arasında yaranmış gərginliyin səbəbini ölkənin inkişafına gedən yolla əlaqələndirirlər.
Politoloq Levan Keradze bildirib ki, ölkədə siyasi vəziyyət prezidentlə hakimiyyət arasında fikir ayrılığı yaranması səbəbilə gərginləşib. Bu fikir ayrılığı əsasən Gürcüstanın inkişafı, eləcə də inkişafına gedən yolla bağlıdır:
“Hakimiyyət düşünür ki, prezidentin addımları destruktivdir və o, hakimiyyətə qarşı addımlar atır. Buna görə də predizdentlə bağlı konstitusiya məhkəməsinə şikayət etdilər. Bu da öz növbəsində tərəflər arasında vəziyyəti daha da gərginləşdirdi. Hazırda hadisələrin necə cərəyan edəcəyi konstitusiya məhkəməsinin qərarından asılıdır. Ancaq Prezident Salome Zurabişvilinin vəkilləri onun səlahiyyətlərinin dayandırıla biləcəyinə hazırlıqlı olduğunu bildirirlər”.
Politoloq Nika Çitadze isə konstitusiya məhkəməsinin qərarında asılı olmayaraq, prezidentin vəzifəsindən kənarlaşdırılması üçün prosesin tamamlanmayacağını, bunun üçün hakim partiyanın parlamentdə kifayət qədər üzvünün olmadığını bildirir.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
