Gürcüstanda təxribat törədənlərin ofislərindəki axtarış nələri üzə çıxardı?
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda müxalifət partiyalarını və qrup zorakılığını təşkil etməkdə, onlara rəhbərlik etməkdə və ya iştirak etməkdə ittiham olunaraq saxlanılan şəxslərin ofislərində axtarış zamanı külli miqdarda pirotexniki vasitələr, qaz maskaları, “Molotov kokteylləri”, kompüterlər və digər əşyalar götürülüb.
Bu barədə brifinqdə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin rəisi Teymuraz Kupatadze bildirib.
“Axtarışlar zamanı dəbilqələr, qaz maskaları, külli miqdarda pirotexniki vasitələr, elektrik ötürücü qurğular, kompüter avadanlığı, “Molotov kokteylləri”, boyalar və ekspertizası təyin edilən müxtəlif mayelər götürülüb”, – T.Kupatadze bildirib.
Qeyd edək ki, “Ciutebi” hərəkatının, “Droa” və “Girçi” partiyalarının, eləcə də keçmiş hakim “Vahid Milli Hərəkat Partiyası”nın gənclər təşkilatının ofislərində istintaq hərəkətləri aparılır.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
