Gürcüstanda vəziyyət dəyişir | Kobaxidze xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstanda radikal müxalifətçilər oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən əvvəl və sonra iğtişaşlar törətmək üçün təxribatlar hazırlayırlar”.
Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Bizdə məlumat var ki, radikal müxalifət sosial narazılığa səbəb ola biləcək belə bir ssenarinin hazırlanmasını fəal şəkildə nəzərdən keçirir. Biz hər kəsə ciddi xəbərdarlıq edirik ki, Gürcüstanda iğtişaş törətmək cəhdi ciddi şəkildə cəzalandırılacaq. Müxalifətin seçkilərdə qalib gəlməyə ümidi yoxdur və buna görə də seçkilərdən sonra iğtişaşlara hazırlaşır.
Tamamilə aydındır ki, onlar növbəti dəfə seçkinin nəticələrini tanımayacaqlar, dövlət institutlarına hücuma keçəcəklər, ölkəni darmadağın etməyə çalışacaqlar ki, bu da onların hesablamalarına görə, hakimiyyət dəyişikliyinə gətirib çıxarmalıdır”, – İ.Kobaxidze bildirib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
