Gürcüstanda yeni baş nazir təyin edilib
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcü Arzusu”nun lideri İrakli Kobaxidze ölkənin yeni baş naziri seçilib.
Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, Parlamentin növbəti sessiya həftəsində yeni baş nazirin və hökumətin tərkibinin təsdiqlənməsi planlaşdırılır.
Məsələ ilə bağlı açıqlama verən İrakli Kobaxidze deyib ki, hökumətdə təkcə müdafiə naziri Cuanşer Burçuladze istisna olmaqla, heç bir dəyişiklik olmayacaq. Onun sözlərinə görə, sözügedən vəzifəyə İrakli Çikovani təyin olunacaq.
Məlumat üçün bildirək ki, 46 yaşlı İrakli Kobaxidze 2016-2019-cu illər arasında Gürcüstan Parlamentinin sədri vəzifəsində çalışıb. 2019-cu ildəki etirazların ilk günündə istefa verib. Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirən İ.Kobaxidze Düsseldorf Universitetində fəlsəfə doktoru dərəcəsinə yiyələnib. O, ölkədə fəaliyyət göstərən universitetlərdə dərs deyib və Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib. İ.Kobaxidze 2015-ci ilin yanvarında hakim “Gürcü Arzusu” partiyasına qatılıb. O, hökumət əleyhdarlarına, müxalifətə qarşı radikal ritorikası ilə reputasiya qazanıb.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
