Gürcüstandakı torpaq sürüşməsi nəticəsində həlak olanların sayı artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha bir nəfərin cəsədini aşkar edib.
Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumilikdə təbii fəlakət nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Onların arasında azərbaycanlı qız – 18 yaşlı Samirə İsayeva da var. Onun meyiti avqustun 6-da tapılıb.
Ölkənin müdafiə naziri Cuanşer Burçuladze fəlakət zonasında bir neçə azyaşlının cəsədinin tapıldığını deyib. Hazırda aralarında bir neçə uşaq olduğu ehtimal edilən 17 nəfərin axtarışları davam edir.
Tbilisi meri Kaxa Kaladze isə öz açıqlamasında Şovi kurortunun tamamilə dağıldığını, fəlakət nəticəsində məhv olduğunu bildirib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
