Gürcüstanı qarışdırmaq istəyənlər görün hansı yola əl atdı | Məqsəd isə...
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti müəyyən siyasi dairələrlə əlaqəli qrupların seçkilərdən bir neçə gün öncə hökumət rəsmilərinin saxta səs yazıları və görüntülərini paylaşmağı planlaşdırdığı barədə məlumat yayıb.
Qurumun bəyanatında həmin materialların süni intellekt və digər müasir texnologiyalarla hazırlandığı qeyd olunub.
Bildirilib ki, saxta materialların məqsədi Gürcüstan hökumətinin qolları arasında ixtilaf yaratmaq, hökumətin kilsə ilə, eləcə də Qərb tərəfdaşları ilə münasibətləri korlamaqdır.
Bəyanatda qeyd edilib ki, yekun hədəf ölkədə qeyri-sabitlik yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etməkdir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatını şərh edərkən bildirib ki, heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz.
“Söhbət ölkəmizə xeyir arzulamayan siyasi qüvvələrdən gedir. Bu qüvvələr həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərir. Yaxşı ki, dövlət qurumlarımız və Dövlət Təhlükəsizlik Xidməti ayıq-sayıqdır”, – deyə İ.Kobaxidze əlavə edib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
