Gürcüstanın Baş nazir postuna namizəddən iddialı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək hökumətin əsas vəzifəsi olacaq”.
Bunu ölkənin Baş naziri postuna namizəd İrakli Kobaxidze deyib.
Bildirib ki, Gürcüstanın ən mühüm iki milli vəzifəsi ərazi bütövlüyünün sülh yolu ilə bərpası və Gürcüstanda yoxsulluğa tam qalib gəlməkdir. Onun sözlərinə görə, yeni hökumət ölkədə yoxsulluğun səviyyəsini 15%-dən sıfıra endirməyincə və ərazi məsələsini həll etməyincə dayanmayacaq.
Bu arada baş nazirliyə namizəd öz hökumətinin gələcək fəaliyyətinin proqramını deputatlara təqdim edib. Bildirib ki, sənəd 10 ay üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, parlament seçkisindən sonra “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası qələbə qazanacağı təqdirdə dörd il üçün nəzərdə tutulan ortamüddətli proqram təqdim ediləcək.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
