Pleyeri seçin:

Gürcüstanın gələcəyi nədən asılıdır? - Rusiyalı ekspertdən diqqətçəkən şərh

26 oktyabr 2024 369 baxış

Gürcüstanda parlament seçkisi xaricdən yönəlmiş dağıdıcı qüvvələrin ciddi təzyiqlərinə tab gətirməli olan dövlət sistemi üçün ciddi stress sınağıdır.

Bunu “Axar.az”a rusiyalı ekspert Vitali Arkov Gürcüstanda keçiriləcək parlament seçkisini şərh edərkən deyib.

“Bu, vətəndaş cəmiyyəti üçün hələ də ciddi sınaqdır: cəmiyyət yetkinləşib, inkişaf yolu ilə inamla getmək iqtidarındadır, yoxsa onu yenidən asanlıqla əvvəlcədən müəyyən edilmiş doğru yoldan azdırmaq olar? Gürcüstan Qərbdən idarə olunan “Qızılgül inqilab”ından sonra ona güvənərək, aldanaraq böyük səhvə yol verib.

İnanmaq istərdim ki, gürcü cəmiyyətinin əhəmiyyətli bir hissəsi – həmin kədərli hadisələri yaşayanlar müvafiq nəticələr çıxarıb və yenidən tələyə düşməyə imkan verməyəcək, əksinə, tarixi inkişaf yoluna qayıtmağa davam edəcək. Üstəlik, bu istiqamətdə artıq nəhəng işlər görülüb və əldə olunan nailiyyətlər hər bir gürcü evində görünür və başa düşülür.

Bunları xüsusilə əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə yaxşı münasibətlərin bərpası yolu ilə qiymətləndirmək asandır. Belə olan halda söhbət gürcü xalqının çoxəsrlik münasibətlər tarixində bir neçə dəfə köməyinə gələn Rusiyadan gedir”, – o bildirib.

V.Arkovun sözlərinə görə, Rusiyada çoxları Gürcüstanda baş verən hadisələri böyük diqqətlə izləyir və səmimi şəkildə narahatdır:

“Lakin Kremlin sözçüsü Peskovun dediyi kimi, Rusiya nə indiki seçki prosesinə, nə də ümumilikdə Gürcüstanın daxili işlərinə qarışır. Eyni sözləri Vaşinqton və Brüsselin göstərişlərinə kor-koranə əməl etməsini, çirkin şantaj və açıq təhdidlərə boyun əyməsini, ondan mahiyyətcə suverenlikdən imtina etməsini tələb edən keçmiş tərəfdaşlar haqqında demək olmaz.

NATO və ya AB-yə qəbul olunmaq üçün Qərbə xas olan açıq-aşkar qeyri-mümkün vədlər, tələb olunan demokratiya səviyyəsinə nail olmaq şərtləri, eləcə də digər cəfəngiyatlar əvəzinə, Rusiya Gürcüstana milyonlarla səxavətli turist və onun iqtisadiyyatına milyonlarla dollar sərmayə göndərir, gürcü malları üçün praktiki olaraq limitsiz bazarını açıb və sanksiyalar altında malların tranzitindən pul qazanmaq imkanı yaradıb”.

Banner
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 369 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 369 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 369 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 369 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 369 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 369 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 369 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 369 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 369 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 369 baxış
Seçilmişlər
icon