Gürcüstanın yeni seçilən prezidenti kim oldu? | Səsvermənin nəticələrinin hesablanması başa çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçirilib. Səs çoxluğu ilə Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.
Gürcüstan Mərkəzi Seçki Komissiyası parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb.
Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.
Qeyd edək ki, parlamentin legitimliyini tanımadığını bəyan edən müxalifət partiyaları prezident seçkisində iştirak etməyiblər.
Gürcüstan Prezidenti Salome Zurabişvili də parlamenti və prezident seçkisini legitim hesab etmədiyi üçün səlahiyyət müddətinin davam edəcəyini bəyan edib. Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
