Gürcüstanlı politoloqlar ölkədəki vəziyyəti şərh edib
Yeniliklərdən dərhal xəbərdar olun
““Xarici agentlər haqqında” qanun layihəsi “Xalqın Gücü” fraksiyasının təxribatı idi. Gürcüstan parlamenti qanun layihəsini geri götürsə də, hüquqi proseslər hələ qabaqdadır”.
Bu fikirləri ölkədəki mövcud vəziyyətə münasibət bildirən gürcü politoloqlar səsləndiriblər.
“Keçirilən etiraz aksiyaları parlamenti qanun layihəsini geri götürməyə məcbur etsə də, bu hələ son deyil. Qanun layihəsi parlamentdə yenidən səsverməyə qoyulmalı və bu dəfə heç kim lehinə səs verməməlidir. Əks təqdirdə, ilk oxunuşda qəbul edilən hər hansı qanun layihəsinin bu cür bəyanatlarla geri götürülməsinin heç bir hüquqi əsası olmayacaq”, - deyə politoloq Nika Çitadze bildirib.
Qeyd edək ki, Tbilisidə etiraz aksiyaları axşam saatlarında da davam edib. Həmçinin Gürcüstan Daxili İşlər Nazirliyi saxlanılan bütün etirazçıların sərbəst buraxıldıqlarını açıqlayıb.
#Tbilisi teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Tbilisidə meyiti tapılan Aysunun ailəsi ədalət tələb edir - Baku TV CANLI
- Tbilisidə səyyar ASAN avtobusu 500-ə yaxın vətəndaşa xidmət göstərdi - Baku TV
- 40 min şüşə nadir şərab hərraca çıxarılır
- Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub - Baku TV
