HƏMAS bütün silahları ABŞ-yə təhvil verməyəcək?
ABŞ HƏMAS-dan İsrailə zərbə endirmək imkanına malik bütün silahları təhvil verməyi tələb etsə də, müəyyən müddət üçün atıcı silahların saxlanmasına icazə verə bilər.
Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton HƏMAS-ın İsrailə qarşı istifadə oluna biləcək bütün silahları təhvil verməsini tələb edəcək. Bununla yanaşı, ABŞ tərəfi hərəkatın müəyyən sayda atıcı silahı müvəqqəti olaraq özündə saxlamasına razılıq verə bilər.
Qəzet yazır ki, ABŞ Prezidentinin kürəkəni Cared Kuşner, Amerika liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff və BMT-nin Yaxın Şərq üzrə sülh prosesi üzrə keçmiş xüsusi koordinatoru Nikolay Mladenovun daxil olduğu danışıqlar qrupu yaxın həftələrdə bu təklifi HƏMAS-a təqdim edəcək. Bildirilir ki, təklifin müddəaları hələ tam təsdiqlənməyib və dəyişdirilə bilər.
#ABŞ teqi istifadə olunub
- Trampla yaşanan gərginlik Meloninin reytinqini yüksəltdi
- İran üçün maliyyə qapıları açılır: Yeni reallıq regionu necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- Vaşinqtonda Qərbi azərbaycanlılarla bağlı məsələ müzakirə ediləcək | BTQ-dən məlumat - Baku TV
- ABŞ və İran daimi sülh üzrə razılaşıb, yoxsa regionu yeni gərginlik gözləyir? - Baku TV CANLI
- ABŞ "Titanik"dən çıxarılan əşyaların hərracda satışının qarşısını almağa çalışır
