Hakan Fidanın qətərli həmkarı ilə birgə mətbuat konfransı baş tutub
Türkiyə İranın Fars körfəzi ölkələrinə hücumlarını qınayıb və Qətərə dəstəyini ifadə edib.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Dohada keçirilən birgə mətbuat konfransında açıqlayıb.
"Davam edən müharibə bölgədəki qardaş ölkələrin təhlükəsizliyini təhdid altında saxlayır və sabitliyi pozur", – deyə Hakan Fidan bildirib.
O, martın 18-də Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə olunan mövzulara da toxunaraq qeyd edib:
"Savaş başlayandan bəri ilk dəfə bu formatda bir araya gəldik. Ər-Riyaddakı toplantıda İranın hücumlarının dərhal dayandırılması qabardılıb. Belə ki, münaqişə daha geniş əraziyə yayılmadan diplomatik yollarla həll olunmalıdır".
Onun fikrincə, bölgəni böhrana sürükləyən münaqişənin səbəbkarı İsraildir.
"ABŞ ilə İran arasında danışıqlar aparılan zaman Təl-Əvivin təhriki ilə başlayan hücumlar regional təhlükəsizliyi riskə atmaqla yanaşı, qlobal təhdidə çevrilib", – deyə Hakan Fidan bildirib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
