Hakerlər İranın gizli sənədlərini yaydı | Ölkəni qarışdıracaq hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
“Əli ədaləti” xaker qrupu fevralın 20-də İranın məhkəmə sisteminə kiberhücum zamanı əldə etdiyi bir sıra sənədləri yayıb. Bu barədə xaker qrupunun sosial media şəbəkələrində paylaşım edilib.
Sənədlərdə məhkəmə sistemi rəhbərliyi və işçilərinin mənimsəmə və israfçılıq faktları, məhkəməyə ayrılan vəsaitin bahalı hotellər və ziyafətlərdə xərcləndiyi əks olunub.
Bununla yanaşı, ifşa edilən sənədlərdə İrandan Suriyaya kimyəvi silahların hazırlanması üçün lazım olan materialların göndərilməsi ilə məşğul olan şəbəkənin fəaliyyət göstərdiyi məlum olub.
Eyni zamanda, məhkəmə sisteminin bölgələrdəki etiraz aksiyalarının yatırılması, narazılara qarşı cinayət işlərinin açılması ilə bağlı başqa dövlət qurumları ilə əməkdaşlığını əks etdirən sənədlər yayılıb.
Qeyd edək ki, fevralın 20-də “Əli ədaləti” xaker qrupu İran məhkəmə sisteminin 3 milyon sənədini ələ keçirdiyi barədə məlumat yayıb.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
