Hamınız ölməyəcəksiniz, cəmi 3 günə… | İvanişvilidən Rusiya ilə bağlı sensasiya
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbin yüksək rütbəli rəsmisi Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin Rusiya ilə müharibəyə başlamasını, bu müharibənin üç-dörd gün davam edəcəyini, sonra isə ölkənin partizan müqavimətinə başlamasını təklif edib.
Bu barədə “İmedi” telekanalına müsahibəsində hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili danışıb.
“Keçmiş baş nazir İrakli Qaribaşvilinin mənə dediklərini xatırlayıram. Ölkələrdən birinin yüksək rütbəli məmurlarından biri onunla söhbət edib. İrakli ondan soruşub: Bəli, amma biz Rusiya ilə neçə gün döyüşə bilərik? Ona cavab verdilər: 3-4 gün. O dedi: Bəs bu 3-4 günə görə bizi məhv edirsən? Ona belə cavab verdilər: Deməli, 3-4 milyon əhaliniz var, onlar hamını 3-4 gündə öldürməyəcəklər. Sonra meşədə partizan hərəkatına başlaya bilərsiniz. Biz sizə kömək edəcəyik və siz oradan döyüşəcəksiniz”, – B.İvanişvili qeyd edib.
#Rusiya teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI
- Sankt-Peterburqda kilsə fasadı nəhəng ekrana çevrilib
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
