Hansı ölkələr bu raketlərlə vurula bilər? - Zelenskidən sensasiya yaradan mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya yenə Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadə edir. Şimali Koreyada Rusiya-İran dronlarının yayılması həm Avropa, həm də Şərqi və Cənub Şərqi Asiya regionu üçün maksimal təhlükədir. Bizim torpaqlarda gedən bu müharibə nə qədər uzanarsa, döyüş əməliyyatları texnologiyaları bir o qədər dəyişəcək və təhlükə artacaq”.
Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında belə yazıb. O bildirib ki, bütün bunlara indi reaksiya vermək lazımdır. Əks halda, Seulu və Tokionu da təhlükə gözləyəcək.
V.Zelenski yazıb ki, Rusiyanın bugünkü zərbəsi nəticəsində Ukraynanın müxtəlif regionlarında yaşayış evlərinə ziyan dəyib, Odessada doğum evi zərər görüb, Odessa kinostudiyası yararsız hala düşüb, paytaxtda isə Sofiya Kiyevskaya kilsəsinin fasadı dağılıb.
Ukrayna Prezidenti qeyd edib: “Buna reaksiya vermək lazımdır. Onları dayandırmaq vacibdir. Bu, təkcə bizim üçün yox, bütün dünya üçün zəruridir – Rusiya sülhə məcbur edilərsə, bundan bütün dünya qazanacaq”.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
