Harrisdən tələb etdilər ki... | İran ABŞ-də təsirini belə artıracaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı senator Tom Kotton və ABŞ Nümayəndələr Palatasının üzvü Elis Stefanik vitse-prezident Kamala Harrisin müşaviri Fil Qordonun İran əsilli Arin Təbatəbai ilə əlaqələrinə görə təhqiqata başlayıblar.
Bu barədə “Vaşinqton Fri Bikon” məlumat yayıb. Senatorlar Kamala Harrisə məktub yazaraq, müşavirinin İranın ABŞ-də təsir şəbəkəsinin əsas üzvlərindən olan təbrizli xanım Arin Təbatəbai ilə əlaqələri barədə hesabat istəyiblər.
Onların fikrincə, hazırda Pentaqonda yüksək vəzifə tutan Arin Təbatəbai İran hökumətinin ABŞ-də təsirini artırmaq üçün çalışan əhəmiyyətli fiqurlardandır.
Qeyd edək ki, Arin Təbatəbai təbrizli universitet müəllimi və panfarsizm nəzəriyyəsinin təbliğatçılarından olan Cavad Təbatəbainin qızıdır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
