Hava limanları bağlandı | Rusiya gözlənilməz hücumla bağlı təcili hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya hava hücumundan müdafiə qüvvələri mayın 21-dən 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus 105 pilotsuz uçuş aparatını məhv edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, PUA-lardan 35-i paytaxt Moskva üzərində vurulub.
“Gecə saat 12-dən səhər saat 05:30-a qədər növbətçi hissə düşmən tərəfindən yürüdülən bütün PUA-ları məhv edib. Domadedova və Jukovsk hava limanlarında isə məhdudiyyətlər qoyulub. Gecə saatlarında digər ölkələrdən təyyarələr qəbul edilməyib və uçuşlar həyata keçirilməyib. Orlovda 14, Kurskda 12, Belqorodda 11, Tulada 10, Kaluqada 9 dron vurulub. Digər PUA-lar isə Bryansk vilayəti və yaxın ərazilərdə zərərsizləşdirilib”, ‒ deyə Nazirliyin məlumatında qeyd edilib.
Əlavə edilib ki, hadisə nəticəsində Tulada bir neçə mülki şəxs xəsarət alıb, yaşayış evlərinə və bəzi müəssisələrə ziyan dəyib.
Kiyev hərbi administrasiyasından isə bildirilib ki, gecə ərzində Rusiya Silahlı Qüvvələri Kiyevə təyyarə tipli PUA-larla atəş edib. Səmada vurulan dronlardan bəzilərinin qalıqları məktəb binasına düşüb, yanğın baş verib.
#PUA hücumu teqi istifadə olunub
- Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi
- Türkmənistandan qayıdan Rusiya nümayəndə heyəti səmada qaldı - Baku TV
- Rusiya liderini daşıyan bortlar Moskva səmasında dövrə vurub - 24 SAAT
- Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV
- Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI
