Pleyeri seçin:

Hava şəraiti səbəbindən su hövzələrində 7 nəfər boğularaq ölüb

29 iyun 2026 330 baxış

Böyük Britaniyada rekord isti hava şəraiti ilə bağlı son bir həftə ərzində yeddi nəfər boğularaq həyatını itirib.

"The Sunday Mirror" qəzetinin məlumatına görə, həftəsonu baş verən son hadisələrdə 15 yaşlı yeniyetmə və 55 yaşlı qadın ölüb. Yeniyetmə Böyük Mançester qraflığındakı Kouberi su anbarına girdikdən sonra itkin düşüb. Daha sonra polis onun meyitini aşkar edib və açıq su hövzələrində çimməyin təhlükələri ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Həmin gün 55 yaşlı qadın isə Qərbi Midlend qraflığında yerləşən kənd parkındakı hovuzda çimərkən boğulub. Son günlər göllərdə, çaylarda və dənizdə sərinləmək istəyən daha iki yeniyetmə – 13 və 15 yaşlı uşaqlar, həmçinin yaşı 22 ilə 69 arasında dəyişən üç kişi də boğularaq ölüb.

Mütəxəssislərin fikrincə, faciələrin əsas səbəbi yüksək hava temperaturu ilə hələ də soyuq qalan su arasındakı kəskin fərqdən yaranan şokdur. Belə hallarda damarlarda spazm və ya əzələ qıcolmaları baş verə bilər ki, bu da insanın suda nəzarəti itirməsinə səbəb olur.

Son günlər Böyük Britaniyada hava temperaturu iyun ayı üçün tarixi rekord qıraraq 37,3 dərəcəyə çatıb. Buna baxmayaraq, su hövzələri hələ kifayət qədər isinməyib. Məsələn, yeniyetmənin boğulduğu Kouberi su anbarında suyun temperaturu cəmi 13,6-15 dərəcə olub. İngiltərə və Uels sahillərində dəniz suyunun temperaturu da təxminən eyni səviyyədə qalıb.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 330 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 330 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 330 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 330 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 330 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 330 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 330 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 330 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 330 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 330 baxış
Seçilmişlər
icon