Haysız qalan Ermənistan: ermənidən təhlükə xəbərdarlığı
Yeniliklərdən dərhal xəbərdar olun
Əhalinin ölkəni tərk etməsi Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər.
Bu barədə erməni etnoqraf Artaşes Boyacyan müsahibəsində bildirib. Ekspertin sözlərinə görə, əhalinin Ermənistandan xaricə axını ölkənin regionlarında xüsusilə nəzərə çarpır.
“Sabit demoqrafik inkişafı nəzərə alsaq, Ermənistanın əhalisi artıq 5,5 milyon nəfərə çata bilərdi, lakin bu gün tamamilə fərqli mənzərə görünür və hazırkı statistikaya əsasən, ölkədə 2 milyon 900 min nəfər qalıb. Bu rəsmi rəqəmlərdir, əslində daha azdır”, – deyə o vurğulayıb.
Bu tendensiyanın sürətlə davam etdiyini deyən ekspertin fikrincə, əhalinin Ermənistanı kütləvi tərk etməsinin əsas səbəblərindən biri kifayət qədər gəlirli iş yerlərinin olmamasıdır. Bundan əlavə həm də, Ermənistan əhalisinin böyük hissəsi yaşlı nəslin nümayəndələridir. Yaşı 65-dən yuxarı olanlar ölkə əhalisinin 14,5 faizini, bəzi kənd yaşayış məntəqələrində isə 22 faizə qədər hissəsini təşkil edir.
Əhalinin təbii artımına zərbə vuran amillər sırasında 1988-ci il dekabrın 7-də baş verən zəlzələ, ölkədəki ağır sosial-iqtisadi vəziyyət, Birinci və İkinci Qarabağ müharibələri, koronavirus pandemiyası, Ermənistanın siyasi qeyri-sabitliyi və davam edən mühacirət göstərilib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
