Hələ ki məqsədimizə çatmamışıq | Putin hər şeyi danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“2008-ci ildə Buxarestdə keçirilən sammit zamanı bildirildi ki, NATO-nun qapıları Ukrayna və Gürcüstan üçün açıqdır. Hər şey ondan sonra başladı, NATO öz qaydalarını diqtə etməyə çalışdı. 2014-cü ildə Ukraynada dövlət çevrilişi həyata keçirdilər, onlar Krım üçün təhlükə yaratdılar, biz oranı öz himayəmizə götürmək məcburiyyətində qaldıq”.
Bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“NATO-nun əli ilə 2014-cü ildə Donbassda mülki şəxslərə qarşı aviasiya və artilleriyanın köməyi ilə müharibəyə başlanıldı. Ukrayna Rusiya ilə müharibəni elə həmin zaman, 2014-cü ildə başladıb. Bizim məqsədimiz isə bu müharibəni sonlandırmaqdır. 2022-ci ildə başlayan hərbi əməliyyatlar illər öncə başlayan münaqişəyə son qoymaq məqsədini güdür. Biz hələ ki istəyimizə çatmamışıq”, – o bildirib.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
