HƏMAS-ın 750 hərbi obyekti məhv edildi: müharibə şiddətlənir
Yeniliklərdən dərhal xəbərdar olun
İsraillə HƏMAS hərbi qruplaşması arasında gedən müharibənin miqyası getdikcə böyüyür.
Ölkənin Müdafiə Ordusunun verdiyi xəbərə görə, Qəzza zolağına hücumlar davam etdirilir.
“Səhər saatlarından başlayaraq onlarla qırıcı təyyarə, döyüş helikopteri və Pilotsuz Uçuş Aparatları ərazi boyunca HƏMAS-ın bir sıra hədəflərinə hücum edib”, – deyə qurumdan bildirilib.
Tərəflərin cavab hücumları səbəbindən ölənlərin sayı da artıb. Fələstinin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 1537 nəfər həlak olub. Münaqişə qurbanlarının sayının artacağı istisna edilmir.
Qeyd edək ki, İsrail Müdafiə Ordusunun qırıcıları oktyabrın 13-də gecə saatlarında HƏMAS hərbi qruplaşmasına məxsus yeraltı tunelləri, hərbi birləşmələr və postları, hərbi komandanlıq mərkəzləri kimi istifadə edilən iqamətgahları, silah anbarları, rabitə otaqları daxil olmaqla ümumilikdə 750 hərbi obyektə zərbələr endirib.
İsrail Müdafiə Ordusu həmçinin Qəzza zolağında HƏMAS-ın silahlı hücumlar üçün istifadə etdiyi çoxmərtəbəli binada yerləşən 12 hərbi obyektini də bombalayıb.
Eyni zamanda israilli hərbçilər hərbi qruplaşmanın üç nəfər ixtisaslaşmış silahlısını da məhv edib. Ordu oktyabrın 7-dən indiyə kimi HƏMAS-ın 3600-dən çox hədəfini vurub.
#İsrail-Fələstin müharibəsi teqi istifadə olunub
