Hər şey Moskvadan asılıdır | Ermənistan Rusiyadan istədiyini ala bilmir
Yeniliklərdən dərhal xəbərdar olun
Təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində Rusiya ilə münasibətlərdə gələcək vəziyyət Moskvanın mövqeyindən asılıdır.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.
O, Ermənistana silah və hərbi texnikanın tədarük strukturunda Rusiyanın payının 96%-dən 10%-a qədər azaldığını bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, bu, Kremlin qərarı ilə baş verib:
“Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib, onlar hələ də müqavilə üzrə nəzərdə tutulanları tam çatdırmayıblar. Onlar Ermənistanın başqa ölkələrdən silah almasından şikayətlənirlər, ancaq 2021-2022-ci illər üçün müqavilələr üzrə tədarükləri davam etdirmirlər”, – deyə A.Qriqoryan bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Moskvanın buna səbəb kimi Ukraynadakı hərbi əməliyyatları göstərdiyini əlavə edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
