Hər şey Rusiyanın xeyrinə olacaq? - Putini hərəkətə keçirən məsələ
“Rusiya və ABŞ prezidentlərinin telefon danışığının yekunlarını bütün dünya gözləyirdi, bu dialoq sülhün başlanğıcı ola bilər”.
Bunu TASS-a açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.
“Son bir aydan bir qədər çox müddət ərzində baş tutan ikinci telefon danışığının yekunlarını şişirtmədən demək olar ki, bütün dünya gözləyirdi. Danışıq təxminən 2,5 saat davam etdi. 148 dəqiqəlik effektiv diplomatiya ‒ bu, Rusiya milli maraqlarına riayət edilməklə sülhə doğru bir başlanğıc ola bilər”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, mövcud koordinat sistemində Ukrayna münaqişəsinin həlli istiqamətində əhəmiyyətli bir addım atılıb:
“Vladimir Putin Moskvanın sülh danışıqlarına hazır olduğunu təsdiqləyib, enerji infrastrukturuna qarşı hücumlardan 30 gün müddətinə qarşılıqlı imtina ideyasını dəstəkləyib və artıq orduya bununla bağlı göstəriş verib. Atəşkəsin mümkün nəzarət mexanizmləri və Kiyev rejiminin qeyri-müqavilə qabiliyyəti ilə bağlı ciddi risklər tam şəkildə müəyyən edilib”.
Qeyd edək ki, ötən gün Putin və Tramp arasında telefon danışığı baş tutub.
#Rusiya teqi istifadə olunub
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Ermənistan Rusiya qazından imtina edərək Azərbaycana üz tuta bilər? - Baku TV
- Rusiya Ermənistanı hansı vasitələrlə təzyiq altında saxlaya bilər? - Baku TV
- 44 səhifəlik sənəd Moskva ilə Tehranın uzunmüddətli planlarını üzə çıxardı - Baku TV CANLI
- Duqindən Putinlə bağlı sensasiyalı açıqlama
