Hərbi xidmətə çağırışla bağlı vacib dəyişiklik | Zelenskinin fərmanından sonra... - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq 60 yaşdan yuxarı Ukrayna vətəndaşları müqavilə əsasında hərbi xidmət keçə biləcəklər. Bu cür xidmətin şərtləri Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təsdiqlənib.
Bu barədə "RBC-Ukrayna" Ukrayna Prezidentinin 108/2026 nömrəli Fərmanına istinadən xəbər yayıb.
Məlumata əsasən, 60 yaşdan yuxarı şəxslərlə bağlanan müqavilələr bir il müddətinə nəzərdə tutulur. Hərbi vəziyyət dövründə bu müddət daha bir il uzadıla bilər. Məcburi tələblərdən biri namizədin xidmət etməyi planlaşdırdığı hərbi hissənin komandirinin yazılı razılığının olmasıdır.
Bundan əlavə, şəxs hərbi-tibbi komissiya tərəfindən xidmətə yararlı hesab edilməlidir. Qeyd olunur ki, ərizə və komandirin razılığı namizədin yaşayış yeri üzrə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinə təqdim edilir.
Zabit vəzifəsinə müraciət edən şəxslər üçün bölmə komandirinin razılığı əlavə olaraq Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən də təsdiqlənməlidir. Hərbi vəziyyət ləğv edildiyi və ya aradan qaldırıldığı təqdirdə, bu cür müqavilələr vaxtından əvvəl xitam olunur və hərbi qulluqçular tərxis edilirlər.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna Almaniyadan hərbi yardımın sürətləndirilməsini istəyir
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
- Ankara hərəkətə keçdi
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
