Hərbi xidmətlə bağlı yeni qanun layihəsi narazılıqlara səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın bir sıra şəhərlərində minlərlə məktəbli Bundestaqın hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbul etməsinə etiraz olaraq nümayişlərdə iştirak edib.
Etiraz aksiyaları "Məktəblərin hərbi xidmətə çağırışa qarşı tətili" şüarı altında keçirilib.
Polisin məlumatına görə, təxminən 3000 nəfər Berlində toplaşaraq Kroytsberq rayonunun küçələri ilə yürüş keçirib.
Etirazlara Hamburqda 1700, Dortmundda 1000 və Frankfurt-Mayndə 600-ə yaxın insan qatılıb. Nümayişçilər əllərində "Bundesver üçün bir nəfər də yox, bir sent də yox", "Təhsil üçün daha çox, silah üçün daha az", "Məcburi xidmət olmadan gələcək üçün" kimi şüarlar yazılmış lövhələr tutublar.
Ölkənin cənubunda – Münhen və Ştutqartda da etiraz aksiyaları keçirilib.
Qeyd edək ki, dekabrın 5-də Bundestaq Almaniyada hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbul edib.
Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən təklif edilən qanun layihəsi gənclərin tibbi müayinədən keçməsini və hərbi qeydiyyatı bərpa etməyi tələb edir.
Potensial işə qəbul olunanlardan fiziki hazırlığı və Almaniya Silahlı Qüvvələrinə qoşulmağa hazır olduqları barədə sorğu anketlərini doldurmaq tələb olunacaq.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
