Himalay dağlarında unudulan nüvə generatoru
Yeniliklərdən dərhal xəbərdar olun
1965-ci ildə gizli əməliyyat zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Himalay dağlarında radioaktiv plutonium kapsulları olan nüvə generatorunu itirib. Bu qurğu Hindistan sakinləri üçün təhlükə yarada bilər.
Bu barədə “The New York Times” məlumat yayıb.
“1965-ci ildə ABŞ Çinə casusluq etməyi planlaşdırıb. Bu məqsədlə Mərkəzi Kəşfiyyat İdarəsi Nanda Devi dağının zirvəsinə xüsusi müşahidə avadanlığı, o cümlədən SNAP-19C portativ nüvə generatoru quraşdırmaq üçün bir qrup alpinist göndərib. Qəfil qar fırtınasından sonra ekspedisiya düşərgəni tərk etmək və bütün avadanlıqları zirvədə qoymaq məcburiyyətində qalıb. Alpinistlər 1966-cı ildə geri qayıdanda generatoru tapa bilməyiblər.
Mərkəzi Kəşfiyyat İdarəsi 1967 və 1968-ci illərdə axtarış əməliyyatları təşkil etmək üçün iki cəhd göstərsə də, uğursuz olub. SNAP-19C cihazının yeri hələ də məlum deyil”, – məlumatda qeyd olunub.
Qəzetin məlumatına görə, generatorda xərçəngə səbəb ola biləcək zəhərli maddə olan plutonium kapsulları var.
Siyasətçilər və ekoloqlar cihazın dağ çayına düşəcəyindən və yüz milyonlarla hindli üçün həyati xətt olan Qanq çayının yuxarı axarına radioaktiv material buraxacağından qorxurlar.
#ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi teqi istifadə olunub
- MKİ-nin rəhbəri təcili Putinlə görüşüb? - "Rusiya heç kimin dediyi ilə oturub-durmayacaq" - Baku TV
- Kubada mümkün hərbi əməliyyat planı | Vaşinqton nəyə hazırlaşır? - Baku TV
- ABŞ Kubada kəşfiyyat fəaliyyətini genişləndirir | Yeni detallar açıqlandı - Baku TV CANLI
- ABŞ və Fransa kəşfiyyatı Ukraynaya gizli şəkildə necə kömək edir? - Baku TV
- İsrail sülhü poza bilər? | Netanyahu siyasi təzyiq altındadır? - Baku TV
