Pleyeri seçin:

Hindistan-Pakistan gərginliyi nüvə savaşına çevriləcək?

06 may 2025 560 baxış

Hindistan Pakistanla sərhəddə Çenab çayı üzərindəki Baqlihar bəndi vasitəsilə suyun buraxılışını müvəqqəti dayandırıb. Bu isə Pakistanda su böhranı təhdidi yaradıb. Daha dəqiq desək, Pəncab, Cəmmu və Kəşmir susuz qala bilər.

İslamabadda bu addımlar Hindistanın həyata keçirdiyi “su terroru” kimi qiymətləndirilir.

Pakistanın Milli Təhlükəsizlik Komitəsi su blokadasını belə adlandırıb.

“Su Pakistanın xilas dairəsidir. Çayın qarşısının birtərəfli qaydada kəsilməsi, həm Yeni Dehlinin üzərinə götürdüyü öhdəlikləri pozması, həm də dünyaya təhdid yaratmasıdır”, ‒ bəyanatda deyilir.

Pakistanın irriqasiya departamentinin məmurları “samaa.tv”yə bildiriblər ki, son 24 saat ərzində Çenab çayından Hed-Marala su axını 87 min kubmetrdən 10 800-ə qədər azalıb. Bu isə Celam kimi regionlarda susuzluq riskini artırır.

Hindistan Celam çayı üzərindəki Kişanqanq bəndində də oxşar addım atmağı planlaşdırır. Nüvə silahına malik ölkələr arasında gərginliyin bu qədər artması heç də nikbin proqnozlara yol açmır.

Pakistanın ballistik raket sınaqları, ardınca Hindistanın hərbi hava qüvvələrini döyüşə hazır vəziyyətə gətirməsi BMT və ABŞ-ni narahat etməyə başlayıb. Antonio Quterreş və ABŞ dövlət departamenti tərəflərə çağırış edərək bildirib ki, sabitliyi qorumaq lazımdır. Lakin Hindistan “su terroru”na davam edir və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur.

Qeyd edək ki, Pəncabda milyonlarla insan su kanallarından asılıdır. Həmin kanalları isə su ilə Hindistanın susuz qoymağa çalışdığı Çenab və Cəlam çayları təmin edir.

Kopyalandı
Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 560 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 560 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 560 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 560 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 560 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 560 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 560 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 560 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 560 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 560 baxış
Seçilmişlər
icon