Hindistan Pakistana raket zərbəsi endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan Pakistana raket zərbələri endirib.
Pakistan Ordusu Hindistanın 3 bölgədən hücuma keçdiyini açıqlayıb.
Hindistanın beş şəhərə raket hücumları nəticəsində azı 3 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı bildirilir.
Hindistanın Pakistana raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb. Pakistan raket zərbələrinə cavab olaraq Hindistandakı hədəfləri vurub.
Hindistan Silahlı Qüvvələri də açıqlamasında Pakistanın nəzarəti altında olan Cəmmu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başlandığını açıqlayıb.
Açıqlamada Pakistana aid heç bir hərbi obyektin hədəf alınmadığı vurğulanıb.
Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirib.
#Hindistan teqi istifadə olunub
- Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
