Hindistanda qatar qəzasında ölənlərin sayı durmadan artır
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 288 nəfərə yüksəlib. Yaralananların sayı təxminən 900 nəfərə yaxındır.
Hindistanın Odişa ştatının hakimiyyət orqanları Balasore şəhəri yaxınlığındakı Bahanaq dəmir yolu stansiyası ərazisində qatarların toqquşması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar bir günlük matəm elan edib.
Dəmir Yolları Nazirliyi qəzada ölənlərin yaxın qohumlarına 1 milyon rupi (12 min ABŞ dolları), ağır yaralananlara 200 min rupi (2400 ABŞ dolları), yüngül xəsarət alanlara isə 50 min rupi (604 ABŞ dolları) təzminat ödəyəcəyini açıqlayıb.
Xilasetmə işləri hələ də davam edir. Gecə boyu qəza yerində 1200 xilasedici, 115 təcili tibbi yardım maşını, 50 avtobus və 45 mobil sağlamlıq briqadası çalışıb.
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
