Hindistanda təcili iclas keçirildi | 18 hava limanı bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanla Pakistan arasında vəziyyət pik həddə çatıb.
Hindistanın 18 hava limanı öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb, 200-ə yaxın uçuş ləğv edilib.
Təxirə düşən həm də Hindistanın Baş naziri Narendra Modinin Xorvatiya, Norveç, Niderland və Rusiyaya səfərləridir. O, təcili iclas çağıraraq mövcud durumu yüksəkrütbəli şəxslərlə müzakirə edib.
İslamabad Hindistanı Kəşmirdəki Su Elektrik Stansiyasına hücumda da ittiham edib. Bu barədə “Samaa” telekanalı məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində stansiya zədələnib.
Hərbi hücumlar azmış kimi, hindistanlı hakerlər Pakistanın dövlət əhəmiyyətli internet portallarına da hücum ediblər. Haker həmlələrinin qarşısı alınıb.
Bütün bunların fonunda, Pakistanın Baş naziri Şahbaz Şərif Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb. Şahbaz Şərif xalqa müraciət edərək bildirib ki, Hindistanın başlatdığı bu müharibə aktına qətiyyətlə cavab verilib.
#Hindistan teqi istifadə olunub
- Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
