Pleyeri seçin:
Hindistandakı faciəvi təyyarə qəzasının təfərrüatı | Hadisə yerindən tükürpərdici görüntülər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Əhmədabad Hava Limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Yerli KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.
Hadisəyə aid videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür. Hadisə yerinə çox sayda təcili yardım maşını gəlib. Polis ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.
Bildirilir ki, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 242 sərnişinin olduğu “Boeing 787-8 Dreamliner” hava gəmisidir. “Air India”nın verdiyi məlumata görə, təyyarə qəza zamanı Əhmədabaddan London Qetvikə uçurdu. Qəza nəticəsində ölənlərin sayı məlum deyil.
Kopyalandı
#Hindistan teqi istifadə olunub
- Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
