Pleyeri seçin:

Hindistandan miqrant işçilərin gətirilməsinin əsas səbəbi | Sergey Markovdan açıqlama

22 avqust 2024 399 baxış

Sankt-Peterburq Hindistandan minlərlə işçi qəbul etməyə hazırdır və Rusiyada işləmək üçün miqrant işçilərin hazırlanması baxımından Hindistan məşğulluq mərkəzlərinin yenidən ixtisaslaşması imkanlarını müzakirə edir.

Bu barədə TASS-a Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markov bildirib.

Onun sözlərinə görə, artıq Sankt-Peterburqda Hindistandan 4 000 işçi qüvvəsi tələbi var, lakin tələbat daha çoxdur:

“Sankt-Peterburq və Leninqrad vilayətində bir sıra müəssisələr hər biri Hindistandan olan 3-5 min əmək miqrantını qəbul etməyə hazırdır. Onlar hindlilərə, məsələn, ən çox işləməyə getdikləri Birləşmiş Ərəb Əmirliklərində aldıqları maaşdan yüksək maaş ödəyə bilərlər”.

S.Markov onu da qeyd edib ki, o, artıq paytaxtı Mumbay şəhəri Sankt-Peterburqla qardaşlaşmış Maharaştra ştatının hökuməti ilə bu məsələni müzakirə edib. Maharaştra bacarıqların inkişafı, məşğulluq və sahibkarlıq naziri Mangal Prabhat Lodha planın həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna müharibəsi başlandıqdan sonra Rusiya MDB ölkələrindən cəlb etdiyi əmək miqrantlarını müharibəyə göndərmək üçün müxtəlif sıxışdırıcı addımlar atıb. Nəticədə ölkəyə gələnlərin sayı azalıb. Üstəlik, müharibədəki böyük itkilər səfərbərliyə gedilməsinə, bu isə işçi sayının azalmasına səbəb olub.

Müdafiə sənayesində artan işçi tələbi fonunda Rusiya iqtisadiyyatında hazırda 2 milyondan çox işçi yerinin boş olduğu bildirilir. Nəticədə ölkə Hindistan, Banqladeş, hətta Afrika ölkələrindən də əmək qüvvəsi cəlb etməyə çalışır. Lakin bu ölkələrdən gələnlərin də aldadılaraq, yaxud yüksək maaşla stimullaşdırılaraq müharibəyə cəlb edilməsi halları sürətlə artır.

Bir ay əvvəl Rusiyaya gələn Hindistanın Baş naziri Narendra Modi Vladimir Putin qarşısında Rusiya Ordusuna cəlb edilən bütün hindlilərin ölkəyə qaytarılması məsələsini qaldırıb.

Banner
Uzaqmənzilli raketlər hazırlanır | Bu ölkələr Rusiyaya zərbə endirəcək? - Baku TV CANLI

Uzaqmənzilli raketlər hazırlanır | Bu ölkələr Rusiyaya zərbə endirəcək? - Baku TV CANLI

Dünya
05 noyabr 2026 399 baxış
Rusiyaya qarşı sanksiya ABŞ-nin özünə zərbə vuracaq? - Baku TV CANLI

Rusiyaya qarşı sanksiya ABŞ-nin özünə zərbə vuracaq? - Baku TV CANLI

Dünya
05 noyabr 2026 399 baxış
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 399 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 399 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 399 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 399 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 399 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 399 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 399 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 399 baxış
Seçilmişlər
icon