Hindistanın hücumu nəticəsində Pakistanın itkiləri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Pakistanda mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Bunu Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib.
Onun sözlərinə görə, Hindistanın hərbi təcavüzü nəticəsində 35 nəfər yaralanıb.
General əlavə edib ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda altı hədəfə 24 zərbə endirib.
Pakistanın Hindistanın başlatdığı bu müharibəyə cavab vermək hüququ var. Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” səhifəsində yazıb.
“Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”, ‒ deyə Şahbaz Şərif əlavə edib.
Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələri Hindistanın hücumunu dəf edərkən onun 5 qırıcısını vurub.
Bu arada, BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb. O bildirib ki, dünya iki ölkə arasında baş verən hərbi qarşıdurmaya tab gətirə bilməz.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
