Hindistanlı aktyorun paylaşımı başına bəla oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda aktyor Prakaş Rac polis tərəfindən saxlanılıb.
Buna səbəb aktyorun “Çandrayaan-3” missiyasını ələ salması olub. Bu barədə sosial media hesabında paylaşım edən Prakaş polis bölməsinə gətirilib.
Belə ki, aktyor “X” hesabında keçmiş ISRO rəhbəri Sivanın çay süzərkən karikaturasını paylaşaraq “Son dəqiqə: Vikram eniş aparatı tərəfindən Aydan göndərilən ilk şəkil sadəcə “wow” deyir”, – deyə yazıb.
Bu tvit bir çox hindistanlı internet istifadəçisi tərəfindən birmənalı qarşılanmayıb və onlar Prakaşı Hindistanın elmi nailiyyətlərini aşağıladığına görə tənqid ediblər.
Qeyd edək ki, avqustun 22-də “Çandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib. Bununla da Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
