Pleyeri seçin:

“Hizbullah”: Livan İsraillə danışıqlara getməməlidir

06 noyabr 2025 340 baxış

“Hizbullah” hərəkatı Livan rəhbərliyinə İsraillə siyasi təmaslara girməyi istisna edən mesaj göndərib.

Təşkilatın bəyanatını “Telegram” kanalı yayıb.

“Livan İsraillə danışıqlara getməməlidir. Çünki bu danışıqlar milli maraqlara cavab vermir və dövlət üçün ekzistensial təhlükə yaradır”, – bəyanatda bildirilib.

Mətnə əsasən, Livan hökuməti ABŞ-nin təzyiqlərinə boyun əyməməli və təhlükəli tələyə düşməmək üçün bu istiqamətdə addımlar atmamalıdır.

“Hizbullah” qeyd edib ki, hazırda əsas diqqət İsrailə təzyiq göstərməyə yönəlməlidir:

“Livanın suverenliyini qorumaq üçün ordu və xalqla birlikdə işğala qarşı müqavimət göstərmək bizim qanuni haqqımızdır”.

Bəyanatda həmçinin Livan hakimiyyətinin bütün qeyri-hökumət silahlı qruplaşmaları, o cümlədən “Hizbullah” dəstələrini tərk-silah etmək barədə qəbul etdiyi qərar “tələsik və səhv” addım kimi qiymətləndirilib.

Noyabrın 4-də Livan Prezidenti Cozef Aun bəyan etmişdi ki, Livan İsraillə münaqişənin həllində diplomatik vasitələrə üstünlük verir və danışıqları işğal altındakı ərazilərin azad olunmasının yeganə yolu kimi görür.

O vurğulamışdı ki, danışıqlara başlamaq qərarı bütün livanlıların milli seçimi hesab olunur.

Starmer Mendelsonu vəzifəyə təyin etdiyinə görə peşmandır

Starmer Mendelsonu vəzifəyə təyin etdiyinə görə peşmandır

Dünya
05 fevral 2026 340 baxış
Donald Tramp Çin-ABŞ münasibətlərini yaxşı vəziyyətdə saxlamağa çalışır

Donald Tramp Çin-ABŞ münasibətlərini yaxşı vəziyyətdə saxlamağa çalışır

Dünya
05 fevral 2026 340 baxış
Ukrayna Polşa ilə birgə silah istehsalına başlayır

Ukrayna Polşa ilə birgə silah istehsalına başlayır

Dünya
05 fevral 2026 340 baxış
Avropada yeni müharibə başlayır? | NATO-nun şərqi təhlükə altında - ANA XƏBƏR

Avropada yeni müharibə başlayır? | NATO-nun şərqi təhlükə altında - ANA XƏBƏR

Dünya
05 fevral 2026 340 baxış
Tramp gizli silahından danışdı: Adını mən qoymuşam, rus raketləri heç nə edə bilmədi

Tramp gizli silahından danışdı: Adını mən qoymuşam, rus raketləri heç nə edə bilmədi

Dünya
05 fevral 2026 340 baxış
Melaniya Tramp ukraynalı uşaqların Rusiyadan geri qaytarılmasından danışıb

Melaniya Tramp ukraynalı uşaqların Rusiyadan geri qaytarılmasından danışıb

Dünya
05 fevral 2026 340 baxış
Rusiya NATO və Aİ-yə üzv ölkələrə hücum etməyi planlayır?

Rusiya NATO və Aİ-yə üzv ölkələrə hücum etməyi planlayır?

Dünya
05 fevral 2026 340 baxış
Rusiya və Ermənistan rəsmilərinin Moskvadakı görüşündə maraqlı anlar - Baku TV CANLI

Rusiya və Ermənistan rəsmilərinin Moskvadakı görüşündə maraqlı anlar - Baku TV CANLI

Dünya
05 fevral 2026 340 baxış
Kral ailəsinin personalı eks-prins Endryuya xidmət göstərməkdən imtina edib

Kral ailəsinin personalı eks-prins Endryuya xidmət göstərməkdən imtina edib

Dünya
05 fevral 2026 340 baxış
ABŞ Venesuela Prezidentini necə ələ keçirdi? - Baku TV

ABŞ Venesuela Prezidentini necə ələ keçirdi? - Baku TV

Dünya
05 fevral 2026 340 baxış
Seçilmişlər
icon