Pleyeri seçin:

“Hizbullah” yeraltı bunkerdə görün nələr gizlədib... Haqaridən mühüm açıqlama

22 oktyabr 2024 370 baxış

İsraillə Livan arasında gərginlik səngimək bilmir. “Hizbullah” liderlərinin zərərsizləşdirilməsi bu silahlı qruplaşmanın fəaliyyətini səngitməyib.

İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari isə ilk olaraq yerli televiziya kanalları vasitəsilə xalqa müraciət ünvanlayıb və bildirib ki, Beyrutdakı xəstəxanalardan birinin altında “Hizbullah” təşkilatının yeraltı bunkerinin olduğu güman edilir:

“Orada təxminən yarım milyard dollar dəyərində nağd pul və qiymətli əşyalar saxlanılır. Hərbçilərin fərziyyəsinə görə, bu bunker Dahiya ətrafındakı “As-Sahel” xəstəxanasının binasının altında yerləşir və “Hizbullah”ın keçmiş lideri Həsən Nəsrullah tərəfindən istifadə edilib.

Sözügedən obyekt uzunmüddətli qalmaq və döyüş əməliyyatlarına rəhbərlik etmək üçün uyğunlaşdırılıb. Bu pullar yerli sakinlərin çətinliklərlə mübarizəsinə xərclənə bilərdi. Amma onlar pulları “Hizbullah” təşkilatının silahlanması üçün ayırdılar. Bu vəsaiti toplamaqda başqa məqsəd yox idi”.

Daha sonra isə onun yeni videosu paylaşılıb. Bu dəfə İsrail Müdafiə Qüvvələri sözügedən tunellərdən birində ən böyüyünü aşkar etdiyini etiraf ediblər.

Hadisə yerindən məlumat verən Daniel Haqari bildirib ki, İsrail Quru Qoşunları Livanın cənubunda 800 metrlik yeraltı keçiddədirlər.

“Bu tunel və onun içindəkilər burada olmamalı idi. BMT-nin 1701 saylı qətnaməsinə əsasən, bunun qarşısı alınmalı idi. Biz bu əraziyə həmin qətnamənin şərtlərini təmin edə bilmək üçün gəlmişik. Ona görə də “Hizbullah” heç vaxt bu cür infrastruktura malik olaraq İsraillə sərhəddə mövcud ola bilməz.

“Qalileyi fəth et” planı üzrə irəlilədik. “Hizbullah” lideri olan H.Nəsrullahın öldürülməsi bütün dünyaya sakitlik bəxş etdi. Biz Qəzzada amansız şəraitdə saxlanılan 101 girovu geri qaytarmaq üçün də əlimizdən gələni edəcəyik. Bu tunel indi aşkar edilməsə idi, onlar bizim ərazilərimizə hücum edəcəkdilər”, – deyə D.Haqari qeyd edib.

Banner
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 370 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 370 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 370 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 370 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 370 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 370 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 370 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 370 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 370 baxış
İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

İsraili gözləyən nəticə | Siyasi düyünü kim açacaq? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 370 baxış
Seçilmişlər
icon