Hörmüz boğazı ilə bağlı böhran bitmək üzrədir?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İran Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşma üzrə prinsipial anlaşmaya gəlib.
Bu barədə "The New York Times" mənbələrə istinadən yazıb.
Bildirilir ki, razılaşma Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutur. Bununla belə, nə vaxt gəmi hərəkətinin tam bərpa olunacağı və neft qiymətlərinin nə zaman aşağı düşəcəyi hələ məlum deyil.
Nəşrin məlumatına əsasən, razılaşma əldə ediləcəyi halda İranın boğaz üzərində nəzarəti hansı formatda həyata keçirəcəyi də hələ dəqiqləşdirilməyib.
Bundan əvvəl "Fox News" da İranın çərçivə sazişinə prinsipial razılıq verdiyini və sənəd üzrə işlərin 95 faiz tamamlandığını bildirib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp yekun razılaşmanın hazırlanması üçün daha 5-7 gün vaxt verə bilər.
Donald Tramp daha əvvəl İranla razılaşmanın hələ tam şəkildə yekunlaşdırılmadığını bildirib. O həmçinin nümayəndələrinə Tehranla sazişin bağlanması məsələsində tələsməməyi tapşırdığını deyib.
#Hörmüz boğazı teqi istifadə olunub
- Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
