Pleyeri seçin:

Hörmüz boğazında gəmilərə hücum edildi

07 mart 2026 445 baxış

Hörmüz boğazında üzən gəmiyə zərbələr endirilib.

Bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqes məlumat verib. Onun sözlərinə görə, hadisə zamanı ən azı dörd dənizçi həlak olub, üçü ağır yaralanıb.

Baş katib açıqlamasında bildirib ki, Fars körfəzində hazırda təxminən 20 min dənizçi çıxılmaz vəziyyətdə qalıb. O, bütün tərəfləri beynəlxalq hüquqa uyğun olaraq insanları qorumaq və naviqasiya azadlığını təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Qeyd edilib ki, sözügedən gəmi Birləşmiş Ərəb Əmirliyi bayrağı altında üzən 26 metrlik "Mussafah 2"dir. Britaniya Donanmasının Dəniz Ticarət Əməliyyatları Mərkəzindən bildirilib ki, bərə ərazidə Malta bayrağı altında üzən "Safeen Prestige" konteyner gəmisinə yardım göstərirdi.

Təşkilatın məlumatına görə, Yaxın Şərqdə gərginlik başlayandan bu günə kimi yeddi dənizçi həlak olub, doqquz nəfər yaralanıb və bir nəfər itkin düşüb. Ən çox ölüm hadisəsi martın 1-də baş verib. Həmin gün Palau bayrağı altında üzən "Skylight" neft tankeri Oman sahillərində atəşə tutulub. Nəticədə bir dənizçi həlak olub, dörd nəfər yaralanıb, biri isə itkin düşüb.

Elə həmin gün Marşal adalarında "Vyom" neft tankeri də Oman sahillərində raket zərbəsinə məruz qalıb. Bu hadisə bir dənizçinin ölümünə səbəb olub. Bundan başqa, Bəhreyndə lövbər salan 183 metrlik ABŞ bayrağı altında üzən "Stena Imperative" tankeri də iki raketlə vurulub. Nəticədə bir gəmiqayırma zavodunun işçisi həlak olub, ikisi isə ağır yaralanıb.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 445 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 445 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 445 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 445 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 445 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 445 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 445 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 445 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 445 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 445 baxış
Seçilmişlər
icon