Pleyeri seçin:

Hücumların arxasındakı "danışıqlı döyüş" | Türk polkovnikdən sensasiya

16 yanvar 2024 390 baxış

“ABŞ-nin keçmiş prezidenti Donald Tramp bir müddət öncə, Qasım Süleymani öldürüldüyü zaman İran tərəfinin ona zəng etdiyini və görüntü üçün bir neçə raket atacağını dediyini bildirdi. Fikrimcə, gecə saatlarında Ərbildəki ABŞ konsulluğuna və digər məntəqələrə hücumun arxasında da “danışıqlı döyüş” var”.

Bu sözləri yerli mediaya gecə saatlarında İraqın şimalında yerləşən Ərbil şəhərində ABŞ konsulluğuna və bazalarına edilən raket hücumunun səbəbləri haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

“Yəqin ki, Vaşinqton bundan bəhanə kimi istifadə edərək bölgədəki hərbi varlığını əlavə hərbçi və texnika, silah-sursat göndərməklə daha da artıracaq. Yəni ABŞ-yə bir bəhanə lazım idi, bunu da İran ona verdi. Qarşılıqlı oyun oynayırlar. Əgər qarşıdakı bir neçə gün ərzində ABŞ oradakı hərbi varlığını gücləndirmək üçün sadaladığımız addımları atsa, bu, onun Türkiyənin keçirəcəyi antiterror əməliyyatlarına əngəl olmaq üçün İran üzərindən özünə bəhanə yaratdığı mənasına gələcək. Əvvəl də eyni teatr oyununu oynamışdılar. Yenə ABŞ bu danışıqlı döyüşlə həm dünya ictimaiyyətini, həm də xalqını belə yanıldacaq”, – polkovnik bildirib.

Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Qan təzyiqinin gecə düşməməsi alimlərin diqqətindədir

Dünya
26 sentyabr 2026 390 baxış
Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Psixoloq dağınıq otağın yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb

Dünya
26 sentyabr 2026 390 baxış
Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Çin şirkətləri Avropa bazarında yeni imkanlar axtarır

Dünya
26 sentyabr 2026 390 baxış
Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Kütləvi geri çağırılma çərçivəsində təmir xərci şirkət tərəfindən qarşılanacaq

Dünya
26 sentyabr 2026 390 baxış
Zelenskiyə Trampdan gözlənilməz Moskva təklifi: Liderlərin görüşündə nələr yaşanıb? - Baku TV CANLI

Zelenskiyə Trampdan gözlənilməz Moskva təklifi: Liderlərin görüşündə nələr yaşanıb? - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 390 baxış
Moskva Ukrayna ilə danışıqların səsvermədən sonra davam etdirilməsini planlaşdırıb - Baku TV CANLI

Moskva Ukrayna ilə danışıqların səsvermədən sonra davam etdirilməsini planlaşdırıb - Baku TV CANLI

Dünya
26 sentyabr 2026 390 baxış
Avropa İttifaqı və Ukrayna xəttində razılaşdırılmayan məqamlar var - Baku TV

Avropa İttifaqı və Ukrayna xəttində razılaşdırılmayan məqamlar var - Baku TV

Dünya
26 sentyabr 2026 390 baxış
Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV

Liderlərin kritik görüşü diplomatik münasibətlərə yeni impuls verir - Baku TV

Dünya
26 sentyabr 2026 390 baxış
Kiyevdə dəhşətli anlar | Hücum nəticəsində ölənlər və yaralananlar var - Baku TV

Kiyevdə dəhşətli anlar | Hücum nəticəsində ölənlər və yaralananlar var - Baku TV

Dünya
26 sentyabr 2026 390 baxış
Polşa-Rusiya xəttində kritik saatlar | Hərbi təyyarələr havaya qaldırıldı - Baku TV

Polşa-Rusiya xəttində kritik saatlar | Hərbi təyyarələr havaya qaldırıldı - Baku TV

Dünya
26 sentyabr 2026 390 baxış
Seçilmişlər
icon