Pleyeri seçin:

İbrahim Kalının Şam səfəri gündəm oldu | Məscidə gəlişi zamanı diqqətçəkən məqamlar

16 dekabr 2024 453 baxış

Bəşər Əsədin devrilməsindən sonra İbrahim Kalının Şam səfəri gündəm olub.

Suriyada 61 illik BƏƏS rejimi müxalif qrupların 12 günlük hərbi əməliyyatlarının ardından devrilib. Bəşər Əsəd və ailəsi Rusiyaya qaçdıqdan sonra Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Şama ilk rəsmi səfərini həyata keçirib.

İbrahim Kalın səfər çərçivəsində məsciddə namaz qılıb. Onun məscidə gəlişi zamanı diqqətçəkən məqam isə avtomobilin sükanı arxasında “Heyət Təhrir əş-Şam” lideri Əbu Məhəmməd əl-Colaninin olması olub. Əbu Məhəmməd əl-Colaninin kostyum geyindiyi və avtomobili şəxsən idarə etdiyi bildirilib. İ.Kalının səfəri zamanı yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Sosial mediada İ.Kalının Şam səfəri ilə bağlı başqa bir detal geniş müzakirə olunub. Jurnalist Kemal Öztürkün paylaşdığı fotoda MİT rəhbərinin 3 700 TL (təxminən 179 AZN) dəyərində, yerli istehsal olan ayaqqabı geyinməsi diqqət çəkib. İstifadəçilər ayaqqabının qiymətini məqbul hesab edərək İbrahim Kalının sadə və təvazökar tərzini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bu səfər həm Türkiyə-Suriya münasibətləri, həm də Suriya müxalifətinin gələcəyi baxımından əhəmiyyətli bir hadisə kimi qiymətləndirilir.

Banner
İranın hərbi potensialı müzakirə mövzusu oldu

İranın hərbi potensialı müzakirə mövzusu oldu

Dünya
12 noyabr 2026 453 baxış
İranla saziş gündəmdən çıxır, Meksikaya tariflər artırılır?

İranla saziş gündəmdən çıxır, Meksikaya tariflər artırılır?

Dünya
12 noyabr 2026 453 baxış
Ölən və xəsarətalanlar var

Ölən və xəsarətalanlar var

Dünya
12 noyabr 2026 453 baxış
İranın mümkün sui-qəsd planları ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

İranın mümkün sui-qəsd planları ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya
12 noyabr 2026 453 baxış
Qəzza zolağının cənubuna İsrail növbəti hava zərbəsi endirdi - Baku TV CANLI

Qəzza zolağının cənubuna İsrail növbəti hava zərbəsi endirdi - Baku TV CANLI

Dünya
12 noyabr 2026 453 baxış
Türkmənistan ordusunda gözlənilməz dəyişiklik: ölkənin hərbi arsenalında nələr var? - HƏRBİ XRONİKA

Türkmənistan ordusunda gözlənilməz dəyişiklik: ölkənin hərbi arsenalında nələr var? - HƏRBİ XRONİKA

Dünya
12 noyabr 2026 453 baxış
Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub

Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub

Dünya
12 noyabr 2026 453 baxış
İran dünyanın istənilən nöqtəsində hərbi əməliyyat keçirəcək? - Baku TV CANLI

İran dünyanın istənilən nöqtəsində hərbi əməliyyat keçirəcək? - Baku TV CANLI

Dünya
12 noyabr 2026 453 baxış
Ərdoğan Si Cinpinin xüsusi nümayəndəsi Han Zhenglə nələri müzakirə etdi?

Ərdoğan Si Cinpinin xüsusi nümayəndəsi Han Zhenglə nələri müzakirə etdi?

Dünya
12 noyabr 2026 453 baxış
Ermənistanın KTMT-də bundan sonrakı taleyi necə olacaq?

Ermənistanın KTMT-də bundan sonrakı taleyi necə olacaq?

Dünya
12 noyabr 2026 453 baxış
Seçilmişlər
icon