İki aeroport eyni anda vuruldu: uçuş-eniş zolaqları sıradan çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Livanla sərhəddə 14 yaşayış məntəqəsini boşaldacaq. Bu barədə İsrail Ordusundan bildirilib.
Bundan əlavə, İsrail Ordusu növbəti dəfə Dəməşq və Hələb aeroportlarına zərbə endirib. Bu haqda Suriya Ordusu məlumat yayıb.
Qeyd edilib ki, bu gün səhər saat 05:25 radələrində İsrail eyni vaxtda Aralıq dənizindən və Holan təpələri istiqamətlərindən Dəməşq və Hələb beynəlxalq aeroportlarına raket zərbələri endirib. Aeroportların uçuş-eniş zolaqları sıradan çıxıb. Əməkdaşlardan biri ölüb, biri isə yaralanıb.
İsrail Ordusu hərbi xidmətdən azad edilən ultradindar yəhudilərdən orduya səfərbər olmaq üçün çoxlu müraciətlər alır. Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari deyib.
“Müharibə başlayandan bəri bütün İsrail cəmiyyətinin bu gün yardım və dəstək üçün səfərbər olduğunu görürük. Çoxlu sayda ortodoksal yəhudinin İsrail Müdafiə Qüvvələrində xidmət etmək istədiyini görürük. Bizə 2 mindən çox müraciət daxil olub. Xüsusi proqramları uyğunlaşdırırıq və bazar ertəsi İsrail Müdafiə Qüvvələrində müdafiəmizin bir hissəsi olacaq ultradindar əhali arasından könüllüləri səfərbər etməyə başlayacağıq”, – deyə İsrail Ordusunun rəsmisi bildirib.
D.Haqari əlavə edib ki, yüz minlərlə səfərbər edilmiş ehtiyatda olan əsgərlər və çağırışçılar Qəzzadakı əməliyyatın “növbəti mərhələsinə hazırlaşırlar”.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
