İki ölkə liderləri nələri müzakirə etdi? | Vacib danışığın detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.
Zelenski Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb.
Xarici mediada yayılan xəbərə görə, Ukrayna lideri Trampla telefon danışığında Avropa liderlərinin iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, söhbət zamanı Moskvada ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.
“Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır”, ‒ deyə Zelenski vurğulayıb.
O bildirib ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq.
“Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm”, ‒ deyə Ukrayna lideri qeyd edib.
Qeyd edək ki, bu, həftə ərzində ölkə liderlərinin ikinci telefon danışığıdır. Onlar sonuncu dəfə avqustun 5-də telefonla danışıblar.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
