İlk dəfə yeni teleskop kainatın xəritəsini yaradacaq | Sualların cavabı tapılacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
NASA-nın unikal infraqırmızı kosmik teleskopu − "SPHEREx" kosmosa göndərilir.
Bu teleskop 2 il ərzində bütün görünən kosmosu skan edəcək və ilk dəfə olaraq kainatın 102 fərqli rəngdə unikal xəritəsini yaradacaq. Toplanılan məlumatlar kainatın təkamülü ilə bağlı bir çox suallara cavab tapmağa və Böyük partlayışın sirrini açmağa kömək edəcək.
NASA-nın yeni teleskopu qalaktikaların mənşəyi, kainatın sürətli genişlənməsi və həyat üçün zəruri molekulların yaranması ilə bağlı suallara cavab tapmağa kömək edəcək.
Həmin teleskop 100 milyonlarla ulduz və qalaktikadan gələn işığı müşahidə edəcək ki, bu da Böyük partlayışdan başlayaraq kainatın təkamülünü daha yaxşı anlamağa yardımçı olacaq.
NASA alimlərinin sözlərinə görə, bu cür detallı xəritə indiyədək heç bir teleskop tərəfindən yaradılmayıb.
#NASA teqi istifadə olunub
- ABŞ astronavtları Ayda uzunmüddətli missiyalara hazırlaşır, NASA daimi baza qurmaq niyyətindədir
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
- Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?
- NASA-nın yeni teleskopu kosmosa yola düşür
