Pleyeri seçin:

İnadkar ər arvadının bu istəyini həyata keçirdi | Heyrətə gətirən hadisə

19 noyabr 2024 484 baxış

Kişi iki ildir ayrıldığı həyat yoldaşı ilə barışmaq üçün Çinin cənub-qərbinə velosipedlə 100 gündə təxminən 4 400 kilometr yol qət edib.

Əslən Çinin şərqindəki Tsyansu əyalətindən olan 40 yaşlı Çjou həyat yoldaşı Li ilə Şanxayda tanış olub və onlar 2007-ci ildə evləniblər. 2013-cü ildə cütlük ayrılsa da, tezliklə barışaraq yenidən evləniblər. Sonradan onların bir oğlu və bir qızı olub. Lakin zaman keçdikcə münasibətləri yenidən korlanıb və yaşanan münaqişələr səbəbindən boşanıblar.

Çjou fikir ayrılıqlarına baxmayaraq, əlaqə saxlamağa davam edib. Görüşlərin birində o, Liyə münasibətlərini bərpa etməyi təklif edib. Qadın isə zarafatla bildirib ki, o, evə velosipedlə gələrsə, barışmaq haqqında düşünə bilər.

Bunu eşitdikdən sonra Çjou velosiped səyahətinə ölkənin cənub-şərqindəki Nankin şəhərində başlayıb və 100 gün ərzində 4 400 kilometr qət edərək Lhasaya çatıb. Cütlük burada kiçik bir barışma mərasimi keçirib və yenidən birləşdiklərini rəsmən elan ediblər.

Maraq üçün bildirək ki, səfər zamanı Çjou iki ciddi insidentlə qarşılaşıb. Birincisi, Çinin şərqindəki Anhoy əyalətində baş verib, o, istidən əziyyət çəkib və xəstəxanada həkimə müraciət etmək məcburiyyətində qalıb.

İkincisi, daha ciddi insident Çinin mərkəzi Hubey əyalətinin İçane şəhərində baş verib. Orada Çjou isti yolda velosiped sürərkən havanın temperaturu 40 dərəcəyə çatanda yıxılıb və suyu qurtarıb. Li Çjoudan səyahəti dayandırmasını istəyib, lakin inadkar ər səfəri mütləq başa vuracağını bildirib və buna nail olub.

Kopyalandı
Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 484 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 484 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 484 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 484 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 484 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 484 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 484 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 484 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 484 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 484 baxış
Seçilmişlər
icon